Dünən tanınmış qarmon ustadı Teyyub Dəmirovun vəfatından əlli il ötüb.
Teyyub Hacı Məmməd oğlu Dəmirov 25 aprel 1908-ci ildə Bakıda doğulub.
O, 1941-ci ildən Əhməd Bakıxanovun bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri p0pppAnsamblında qarmon ifaçısı kimi çalışıb.öpp
Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutub.
O, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olub. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı, bir sıra rənglər və dəramədlər də bəstələyib.
T.Dəmirov Azərbaycan qarmonunun inkişafında mühüm xidmətlər göstərib.
Ustad sənətkar 9 avqust 1970-ci ildə Bakıda vəfat edib. Onun ifasında səsləndirilən “Bayatı-Şiraz”, “Segah”, “Rast”, “Zabul”, “Bayatı-Qacar”, “Şur” muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
1930-cu ildə sənətkarın ifa etdiyi əsərlərdən ibarət val çıxarılıb.
2015-ci ildə Avropa Oyunlarının açılışında sənətkarın adını daşıyan “Teyyub” rəqsi səsləndirilib.