Tanınmış ictimai xadim, yazıçı, publisist, şairə, Yazıçılar Birliyinin üzvü Güləmail Muradın yaradıcılıq gecəsi keçirilmişdir

0
74

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natavan” Klubunda tanınmış ictimai xadim, yazıçı, publisist, şairə, Yazıçılar Birliyinin üzvü Güləmail Muradın yaradcılıq gecəsi keçirilmişdir.
Yaradcılıq gecəsində tədbirin aparıcısı Aygün Zamanlı çıxış edərək Güləmail Muradın yaradcılığından danışmışdır. Tədbirdə “Aytam” Uşaqların Mədəni Maarıfləndirilməsi Ictimai Birliyinin yeniyetmə uşaqları, Güləmail Muradın vətənpərvərlik ruhunda yazdığı şeirləri səsləndirərək, ilk sözü Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədova söz verərək tədbir davam etmişdir.
Rasim Məmmədov çıxışında tanınmış, dünya şöhrətli şair, Azərbaycan Respublikasının xalq şairi, şöhrət ordenli, Söhrab Tahirdən söz açaraq, hələ uzun illər, 25 il bundan öncə, Gülamail Muradın Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəxri üzvü olmasından və eyni zamanda xalq şairi, şöhrət ordenli Söhrab Tahirin sevimli bir insan olması haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Rasim Məmmədov Gülamail Muradın gözəl ana, gözəl insan, gözəl şair olmasını vurğulayaraq, onun yaradıcılığına yüksək qiymət verərək, Gülamail Muradı Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Fəxri diplomu ilə təltif etmişdir. Tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Həsənxanlı Murad iştirak etmişdir.
Eyni zamanda tədbir iştirakçıları arasında “İrak Azərbaycan Mədəniyyət Mərkəzi” İB-nin rəhbəri Tahirə Məhmədova da öz növbəsində çıxış edərək, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Fəxri fərmanını Aygün Zamanlıya təqdim etmişdir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Nəzarət Koalisiyasının Qəbələ rayon Təşkilatının rəhbəri Təranə Alməmmədova da çıxış edərək, tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Həsənxanlı Murada təşkilatın Fəxri diplomunu təqdim etmişdir.

Tədbirdə “Dostluq məşəli” MMC-nin rəhbəri Fərman Borçalı da öz şeirləri ilə tədbir iştirakçılarını feyzyab etmişdir.

Tədbirin sonunda Yeniyetmə uşaqlar Gülamail Muradın qələmə aldığı şeirlərlə tədbir iştirakçılarının ruhunu oxşamışdır. Tədbir ədəbi-bədii kompozisiyayla başa çatmışdır.

Sənubər Qasımova
İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətinin rəhbəri