Tanınmış futbolçu Avropa şəhərində 700 ildən sonra ilk məscidin tikilməsinə nail oldu…

0
581

“Lion” və “Tottenhem” kimi tanınmış Avropa klublarının hücumçusu, fransız-mali əsilli futbolçu Frederik Umar Kanute karyerasını başa vurduqdan sonra xeyriyyə işlərini daha da gücləndirib.
 22 yaşında müsəlman olan futbolçu hələ 2007-ci ildə İspaniyanın Sevilya şəhərində yerli müsəlman əhalisinə xidmət edəcək yeganə müvəqqəti məscidin bərpa edilib saxlanılması üçün 700 min ABŞ dolları topladığına görə Afrikada “ilin adamı” seçilib.
Bu yaxınlarda isə F.Kanute Umar şəhərdə daimi bir məscidin fəaliyyət göstərməsi üçün mümkün olan hər şeyi etməyə başlayıb. Sevilyada 700 ildir ki, məscid olmayıb və yeganə müvəqqəti namaz otağı isə yerli hakimiyyət tərəfindən daim  bağlanmaqla təhdid olunub. Amma öncə dediyimiz kimi, müsəlman futbolçu həmin ibadətxananın saxlanmasına nail olub.
“Əgər Kanute olmasaydı, cümə namazı üçün bir məscidimiz olmazdı”- deyə İspaniya İslam Cəmiyyətinin nümayəndəsi bildirib.
Bu futbolçunun rəhbərliyi ilə Sevilyanın ilk rəsmi məscidinin inşası üçün pul toplama kampaniyasına başlanılıb. Avto-dayanacağı olan üçmərtəbəli binanın tikilməsi üçün 350 min dollar tələb olunurdu. Ramazan ayında maliyyə toplanma hədəfinə çatıb. Və tezliklə Sevilyada ilk tam hüquqlu cümə məscidi fəaliyyətə başlayacaq.
İslamın bütün şərtlərinə əməl etməyə çalışan malili futbolçu  özünün xeyriyyə işlərinin  gizli qalmasına çalışsa da, informasiya cəmiyyətə yayılıb.
Məscidlə  bağlı sadalanan xeyriyyə işlərindən əlavə, ötən illər başqa bir olayla da gündəmə gəlmişdi. UEFA Kubokunda qələbədən sonra bir bukmeyker şirkəti klubla yeni sponsorluq müqaviləsi bağlamış və sözləşməyə əsasən, şirkətin loqosu “Sevilya”nın formalarında əks olunmalı idi. Amma İslamın bütün növ mərc oyunlarını qadağan etməsi səbəbi ilə Kanute bu formanı geyməkdən imtina etmişdi. Sonradan klubla futbolçu razılığa gəlmiş və Frederik bu formatda oynamağa məcbur olmuşdu. Amma bu hərəkəti onu bir anda bütün İslam dünyasına sevdirmişdi.