Tanınmış cərrah ömrü 12 il uzatmağın sirrini açıqladı

0
497

Tanınmış ürək cərrahı Leo Bokeriya ömrü uzatmaq üçün həftədə ən azı iki saat gəzməyi məsləhət görüb.

Həkim bu barədə Moskva Beynəlxalq Kitab Sərgisində çıxış edərkən deyib.

“Həftədə iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 8-12 il daha çox yaşayır. Bu barədə sübut olunmuş elmi tədqiqatlar var. Mütəmadi olaraq gəzən insanın əlavə fiziki məşqlərə də ehtiyacı var. Eyni zamanda heç vaxt aktiv idmanla məşğul olmayan insan idmana başlamazdan öncə mütləq həkim müayinəsindən keçməlidir” , – deyə o qeyd edib.