“Tanınmağımız xalqımız üçün bir sıra imkanlar açacaq” – Forrest

0
87

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyindən qurtulmaq yolunda mühüm addımdır.

Bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Bakıda keçirilən Fransanın müstəmləkəyə çevirdiyi ərazilərin müstəqilliyi uğrunda hərəkatların birinci Qurultayının yekunlarına dair mətbuat konfransında deyib.

“Dünyanın hər yerində müstəqillik hər bir xalqın haqqıdır. Bizim tanınmağımız xalqımız üçün bir sıra imkanlar açacaq”, – o bildirib.

Xatırladaq ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci Qurultay keçirilib.