“Taliban”dan jurnalistlərə qadağa

0
271
“Taliban”dan jurnalistlərə qadağa

“Taliban” jurnalistlərə Əfqanıstandakı etiraz aksiyalarını işıqlandırmağı qadağan edib.

Taliblər hətta bununla bağlı KİV nümayəndələrinə çağırış edib.

“Baş verənlər nümayişlər deyil, çaxnaşmadır. Biz buna icazə verməyəcəyik və KİV bu etirazları işıqlandırmayacaq. Bu etirazlar qanunsuzdur və media bunu işıqlandırmamalıdır”, – deyə hərəkatın nümayəndəsi Zabiulla Mücahid bildirib.