“Taliban” liderindən daha bir SƏRT QƏRAR – Əfqanları nə gözləyir?

0
64

“Üzrlü səbəb olmadan müntəzəm olaraq camaat namazını buraxan dövlət işçiləri Hənəfi qanunlarına uyğun olaraq cəzalandırılacaqlar”. .

Bununla bağıl “Taliban”ın lideri Həybətullah Axundzadə fərman imzalayıb.

Bildirilib ki, fərmana əsasən, dövlət qurumlarının bütün işçiləri və məsul şəxsləri müəyyən olunmuş vaxtlarda beş vaxt namaz qılmalıdır. Eyni zamanda, qanunu pozanların hansı cəza ilə üzləşdiyi izah edilmir.

2021-ci il avqustun əvvəlində islamçı radikal dini-siyasi hərəkat “Taliban” Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumunu gücləndirib, avqustun 15-də Kabilə daxil ollub və ertəsi gün müharibənin başa çatdığını elan edib.