Son beş il ərzində Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə yüklərin aşırılması sahəsində böyük uğur qazanıb”.
Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Bakı limanı ilə Çinin Qinqdao limanı arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Bakı limanı ilə Çinin Qinqdao limanı arasında imzalanan saziş Çin, Cənubi Koreya və digər Şərq ölkələrindən Avropaya daşınmaq üçün yüklərin Azərbaycana cəlb edilməsinə imkan verəcək:
“Əməkdaşlıq Bakı limanına yeni texnologiyalar cəlb etməyə imkan verəcək. Çin hökuməti və şirkətləri bundan aktiv şəkildə yararlanırlar. Biz əminik ki, gələcəkdə istər Şərqdən Qərbə, istərsə də əks istiqamətdə yük axını artırılacaq, Azərbaycanın inkişafı üçün yeni imkanlar açılacaq”.
“Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar yaranır. 44 günlük müharibədən sonrakı yeni reallıqlar Orta Dəhliz üçün yeni imkanlar açır.
Bakı Limanı Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayacaq. Bu isə Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan yaradacaq. Qinqdao Limanı Orta Dəhlizdə yük daşımalarda önəmli yerə sahibdir. 2019-cu ildə bu limanı ziyarət edib birgə çalışmaları müzakirə etmişik. Bu liman qabaqcıl texnologiyalar tətbiq edir”, – deyə T.Ziyadov əlavə edib.