“Tale elə gətirdi ki, fəhlə işlədiyim yerdə nazir oldum.” – Sabir Rüstəmxanlı

0
703

Bu gün Xalq şairi,Vətəndaş Həmrəylik Partiyasının rəhbəri Sabir Rüstəmxanlının doğum günüdür. Şairin bu gün  73  yaşı tamam olur.Məktəb və tələbəlik illərinə baş vuran Sabir Rüstəmxanlı o vaxtlardakı ad günü təəssüratını bölüşür:“Xatirələri sözlərlə ifadə etmək mümkün deyil.Gənclik illəri həyatımın ən gözəl çağı olub.Ən yaxşı anlarını o zamanlarda yaşamışam.Bu xatirələrimi əsərlərimdə qeyd etmiş, ”Ömür kitabı”, “Xətayi Yurdu” kitablarımda öz tələbəlik həyatımı qələmə almışam.Burada qeyd etdiyim xatirələri fərqləndirmək mənim üçün çox çətindi.Ucqar kənd yerində böyüyüb, başa çatmaq çox ağır idi.Həmin illəri sevgi ilə xatırlayıram.Yadıma gəlir ki, 20 yaşım olanda tələbə yoldaşlarım mənə birlikdə şəkil çəkdirməyi təklif etdilər.Səbəbini soruşanda dedilər ki, bu gün 20 yaşım tamam olur. İnanın, bunu özüm də unutmuşdum.Sonra baxdım ki. cibimdə 20 qəpik pulum var.Bununla şəkil çəkdirmək mümkün deyildi.Bu xatirə mənim yaddaşımdan heç vaxt silinmir.19 yaşım olanda  hazırda Şirvanda yaşıyan Tofiq Hüseynli mənə şeir yazmışdı.Şeir “Sənin 19 Yaşın” adlanırdı.O  mənə elə təsir bağışlamışdıki, sanki böyük ömür yaşamışam.İndi elə şeir mənə yazılsa, o qədər də təsir bağışlamaz.Bunların hamısı unudulmaz xatirələrdi.Universitetdə IV kursda əyani oxuyurdum və “Ədəbiyyat qəzeti”ndəişləyirdim.Bunu heç kəs bilmirdi.Qiymətlərim o qədər yüksək idi ki, müəllimlər narazılıq etmirdilər.Universitet illəri çox maraqlı idi.Bundan əlavə “Azərkitab”ın bazasında fəhlə işləmişəm.Sonra tale elə gətirdi ki,  fəhlə işlədiyim yerdə nazir oldum.Məktəb illərində ad günü keçirmirdik. Bu şəhər ənənəsidir.İndi bu adət kəndlərə də, gedib çıxıb.Biz ad günü nədir, onu bilməzdik”.