Taksi sürücülərindən qanunsuz pul yığılması davaya səbəb oldu – DİN-dən AÇIQLAMA

0
443
Carrying shotguns and machettes, a citizen security patrol walk the streets of 'Barcenas' in Guatemala City September 5, 2007. Masked vigilantes patrolling their neighborhood killed a suspected gang member on Sunday in a shootout with automatic weapons, the latest in Guatemala's increasingly chaotic crime wave that has made security the top issue in the upcoming September 9 elections. REUTERS/Daniel LeClair (GUATEMALA)

Daxili İşlər Nazirliyi Qazaxda baş verən insidentlə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov  bildirib ki, martın 3-də Qazax Rayon Polis Şöbəsinə Ağstafa rayon Qırlı kənd sakinləri – Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinləri Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub:

“RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatları alınıb. İlkin araşdırmalar nəticəsində davaya səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu” şirkətində mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nəticəsində yaranan mübahisə olub”.

O qeyd edib ki, faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırılır.