Tailandda koronavirus pandemiyasından insanlarla birgə meymunlar da zərər görüb.
“Viral Press” xəbər verir ki, xəstəlik səbəbindən ölkəyə adətən meymunları yedirdən turistlərin axını kəskin azalıb.
Nəticədə, yüzlərlə ac meymun şəhərlərin küçələri ilə gəzişərək yeməyə görə qırğına çıxır.
Lopburi şəhərində çəkilmiş videoda meymunların bir banan üçün kütləvi dava saldığını görmək olar.
Yerli sakinlər meymunları bu qədər aqresiv görmədiyini bildiriblər.
“Onlar meymundan çox ac və qəddar it sürüsünə bənzəyir”, – deyə şəhər sakinləri etiraf edib.
Qeyd etmək lazımdır ki, koronavirus pandemiyasına görə Tailanda gələn turist axını 44% azalıb.