Tağıyevin gördüyü xeyriyyə işlərini bu gün Prezident edir”

0
399

“Tağıyevin gördüyü xeyriyyə işlərini bu gün Prezident edir”

“Prezidentə, Mehriban xanım Əliyevaya xalq arasında olan sevgi daha da böyüyüb”.

bunu deputat Tahir Kərimli deyib. O bildirib ki, dövlətin, dövlət başçısının həyata keçirdiyi işlər Azərbaycanda koronavirusun sürətli yayılmasının qarşısını alıb:

“Qonşumuz İranda virusun necə yayıldığını gördük. Amma Azərbaycanda dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər bu ssenarinin ölkəmizdə reallaşmamasına təsir etdi. Mən görülən işləri bir-bir sadalamaq istəmirəm. Amma laboratoriyalar quraşdırıldı, tibbi avadanlıqlar alındı, xalqa, sahibkarlara, işsizlərə dəstək olundu. Əhali arasında bir-birinə yardım aksiyaları keçirildi. Prezidentə, Mehriban xanım Əliyevaya xalq arasında olan sevgi, məhəbbət daha da böyüdü. Mən bunu ilk dəfə Xalq hərakatı vaxtı, Aprel döyüşlərində və bir də indi, koronavirus vaxtı gördüm.

Vaxtilə Hacı Zeynalabdin Tağıyevin etdiyi xeyriyyə işlərini indi dövlət, dövlət başçısı özü edir. Əvvəl polis qapını açanda qorxurdular ki, görəsən nə olub? Amma indi polis qapını yardım etmək üçün açır. İnsanlar arasındakı bu ümidi, sevgini artırmaq lazımdı. Müxalifət, dövlət sənə əlini uzadıb, bəsdir, tərslik etməyin, gəlin birlikdə işləyək. Onsuz da hakimiyyətə gəlmək imkanınız yoxdur. Gəlin, birlikdə xalqı bu bəladan xilas edək”.