Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi

0
364

Bakı Metropoliteininin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.

T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub. Hazırda Metropoliteininin keçmiş rəisinin durumunun ağır olduğu bildirilir.