Təzyiq ölçə bilən ağıllı saat – Asus VivoWatch SP

0
559

IFA 2019 fəaliyyətlərində səhnəyə çıxan Asus, daxili GPS və EKG sisteminin olduğu yeni ağıllı saat modeli VivoWatch SP modelini təqdim etdi. Yeni ağıllı saat modelinin qiymətini açıqlamayan səlahiyyətlilər, məhsulun 2019-cu ilin son rübündə bazara çıxarılacağını dedi.

Geyilə bilən texnoloji məhsullara olan maraq, hər gün bir az daha artır. Bu vəziyyətin fərqində olan texnologiya istehsalçıları isə, ortaya daha yaxşı məhsullar çıxara bilmək üçün əllərindən gələn hər şeyi edirlər. Bu dəfə texnologiya nəhəngi Asus, Apple Watch 4 modelinə bənzər bir formada GPS və EKG sistemli yeni ağıllı saatı VivoWatch SP modelini təqdim etdi.

IFA 2019 fəaliyyətlərində səhnəyə çıxan Asus şirkətinin bu yeni ağıllı saatı, qəşəng quruluşu və xüsusiyyətləriylə olduqca fərqlənir.

Asus şirkətinin yeni ağıllı saat modeli VivoWatch SP, 50 metrə qədər su keçirmir və tək bir enerji ilə 14 gün boyunca istifadə edilə bilər. Ancaq Asus səlahiyyətliləri, GPS rejimi aktiv edildiyi zamankı batareya müddətinin nə qədər azaldığından bəhs etmədilər. Bütün bunlara əlavə olaraq Asus VivoWatch SP, daxili bir ürək döyünmə sürəti sensoruna sahibdir və idman fəaliyyətlərini müşahidə edə bilir. Bundan əlavə, bu ağıllı saat, bədəndəki oksigen miqdarının ölçülə bilməsini təmin edən bir sensora da sahibdir.

Bu ağıllı saatın ən təsiredici tərəfi isə, daxili bir təzyiq ölçmə sisteminin olmasıdır.