“Təzə “yem” tapıblar, mərkəzdə fırlanırlar və pul yığırlar” – Ədalətdən BNA-ya sərt sözlər

0
484

Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini  (BNA) sərt şəkildə tənqid edib.

Müğənni bu haqda video çəkərək sosial şəbəkədə paylaşıb. O, BNA-nın yalnız mərkəzi küçələrdə fəaliyyət göstərməsindən gileylənib:

“Əziz dostlar, mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır burda tıxacdayam. Bakı Nəqliyyat Agentliyi təzə bir “yem” tapıb. Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur. Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də görməmişəm onları. Maarifləndirmək yoxdur.

Sağolsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir, amma buna baxmayaraq, BNA nə ilə məşğul olur, ancaq pul yığır və ancaq mərkəzdə olurlar. Gəlin buraya da baxın”.

Həmin görüntüləri təqdim edirik:

Onu da qeyd edək ki Ədalət Şükürov yol hərəkəti qaydalarına riayət etmədiyinə görə dəfələrlə sosial şəbəkələrdə adı hallanan sürücülər siyahısındadır.