Təzə isti çörəyi yemək zərərlidir – 8 saat gözləyin

0
342
Təzə isti çörəyi yemək zərərlidir - 8 saat gözləyin

Hər kəs təzə təndirdən çıxmış, yenicə bişmiş, təzə gəlmiş çörək almağa çalışır və evinə isti çörək aparmaq istəyir.

Həkim diyetoloq təzə bişmiş çörəyə çox aludə olmamağa çağırıb.
İsti çörək bir çox insanlar üçün zərərli ola bilər: mədə-bağırsaq orqanları xəstəlikləri, qastrit, öd. qaraciyər, mədəaltı vəz problemi olanlar təzə bişmiş isti çörəyi yeməsələr yaxşıdır.

Diyetoloq, nutrusioloq Mariya Çernyayeva bildirib ki, təzə bişmiş çörək və un məmulatı gec və çətin həzm olunur, yüksək turşuluq yaradır, belə qida mədə xorası, yara, qastrit və bağırsaq xoralarını daha da kəskinləşdirir.

Bəs çörəyi nə vaxt almaq olar? Bişəndən sonra 8 saat gözləyib, sonra yemək lazımdır. İdeal vaxt isə 1 sutkadır. Bu çörək orqanizm üçün daha az zərərlidir, mədəyə təsir etmir, bağırsağı yapışdırmır.

Həmçinin təzə çörəkdən insan doya bilmir, daha çox yemək istəyir, iştahı açır, sanki asılılıq yaradır.
Bu da normadan artıq çörək yeyilməsinə səbəb olur.