Təyyarədə uçmağa qorxanlara məsləhətlər!

0
574

Təyyarədə uçmağa qorxanlara məsləhətlər!

Aerofobiya barədə araşdırmalar aparmış mütəxəssislər təyyarədə uçmağa qorxan insanlara bəzi məsləhətlər veriblər. Onların sözlərinə görə, bu cür qorxu hissindən əziyyət çəkən insanlar nəinki uçuş zamanı, hətta uçuş barədə fikirləşəndə də onların fiziki reaksiyaları aşkar görünür. Bu qorxunun əsas əlamətləri ürək döyüntüsünün sürətlənməsi, qıcolma, isterika, ağlama, ürək bulanması və bərk tərləməkdir. Ekspertlərin sözlərinə görə, aerofobiyanın elmə məlum olan bir neçə səbəbi var. Bu qorxu hissini aradan qaldırmaq üçün insan onun vəziyyətinə həmin səbəblərdən hansının daha çox təsir göstərdiyini anlamalıdır.

Bildirilir ki, çox vaxt təyyarədə uçuş zamanı bir növ imitasiya olunan başqa psixoloji vəziyyətlər fobiyaya gətirib çıxarır. Bu vəziyyətlərə aşağıdakılar aiddir: akrofobiya (yüksəklikdən qorxma), aqorafobiya (ictimai yerlədən qorxma), klaustrofobiya (qapalı məkandan qorxma) və enoxlofobiya (naməlum mühitdə izdihamdan qorxma). Yuxarıda sadalanan bütün simptonlar ciddi təşvişə və nəticə etibarilə avtomatik olaraq aerofobiyaya gətirib çıxara bilər. Aerofobiyanın başqa səbəbləri də var. Məsələn, xəsarətlə nəticələnmiş hadisələr və ya daha əvvəl təyyarə ilə səyahətlərin uğursuz təcrübəsi.

Bütün mütəxəssislər bildirirlər ki, qorxu hissindən qurtulmaq üçün bu sahənin mütəxəssisləri və psixoloqlar müxtəlif müalicə metodları tətbiq edə bilərlər. Qorxudan qurtulmağın ən geniş yayılmış və səmərəli üsulu nəzarət edilən ekspozisiyadır. Bu halda ixtisaslı terapevt uçuşun bütün mərhələlərinin imitasiyası zamanı pasiyentə məsləhətlər verir, pasiyenti dəstəkləyir və ona başqa formalarda kömək göstərir. Bu metod insanın qorxuya düşməsinin səbəblərini asanlıqla üzə çıxarmağa imkan verir.

Hipnoterapiya adlanan digər üsul hipnoz, meditasiya və xüsusi tənəffüs texnikasını özündə birləşdirir. Lakin bu üsul yalnız peşəkar tərəfindən tətbiq edildikdə uğurlu ola bilər. Əgər insan təyyarənin salonunda olduğu vaxtda aviafobiya yaranırsa, bu halda ən yaxşı çıxış yolu müasir texnologiyaların tətbiq edilməsi ola bilər. Məsələn, “Səma qurusu” (“Nebesnıy quru”) adlanan mobil əlavə səyahətin hər bir addımında orqanizmin bütün reaksiyalarını nəzarət altında saxlamağa kömək edir. Mobil əlavə uçuş vaxtını, hava şəraitini və bir sıra başqa amilləri nəzərə alır. Təyyarə turbulentlik zonasına düşdüyü halda da bu cür daimi yol yoldaşı sizin köməyinizə çatar.

Aerofobiyadan qurtulmağın daha bir üsulu özəl uçuş sifariş etməkdir. Əgər qorxu hissi yalnız çoxsaylı insanlarla eyni laynerlərdə uçuş zamanı yaranırsa, özəl uçuş ən yaxşı variantdır. Lakin aerofobiya ilə mübarizənin bu üsulunun bircə mənfi cəhəti var: onun qiyməti.