Braziliyanın “Palmas” futbol klubunun oyunçularının təyyarə qəzasında ölümü ilə bağlı təfərrüat açıqlanıb.
Məlum olub ki, COVID-19 testinin cavabı müsbət çıxdığı üçün həmin oyunçular “Palmas”ın digər futbolçularından ayrı səyahət ediblər. Onların dördü də “Palmas”a yeni gələnlər olub.
Xatırladaq ki, yanvarın 24-də baş verən təyyarə qəzasında futbolçular – Qilyerme No, Lukas Praşedeş, forvard Markus Molinari, qapıçı Ranule Qomeş dos Reiş, həmçinin klub prezidenti Meyra və pilot Vaqner Maşadu həlak olub.
Futbolçular “Villa Nova” ilə səfər matçına yollanırdı.
“Palmas” Braziliya çempionatında D Seriyasında oynayır.