“Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamlinet” təyyarəsinin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 290-dan çox insan həlak olub.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, Londona uçan təyyarənin göyərtəsində 242 nəfər olub. Havaya qalxdıqdan az sonra təyyarə qəzaya uğrayıb – hava limanının yaxınlığında yerləşən tibbi yataqxanaya düşüb.
Daha əvvəl təyyarə qəzasında yalnız bir nəfərin sağ qaldığı bildirilirdi.