MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm elan olunub.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarının sərnişin təyyarəsinin yanvarın 8-də Tehranda qəzaya uğraması ilə əlaqədar olaraq 2020-ci ilin 9 yanvar tarixini matəm günü elan etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Fərman Nazirlər Kabineti üzvləri ilə görüşdən sonra imzalanıb.
Xatırladaq ki, Ukrayna aviaşirkətinin Tehrandan Kiyevə uçan və göyərtəsində 177 nəfər olan “Boeing 737-800” təyyarəsi uçuşdan iki dəqiqə sonra qəzaya uğrayıb. Ukrayna Xarici İşlər Nazirliyi “Boeing”in göyərtəsində olanların hamısının öldüyünü təsdiqləyib. Ölənlərin siyahısı daha sonra açıqlanıb.