Hindistanın “Eyr İndia Ekspress” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kerala ştatının Kojikode şəhərinə enişi zamanı eniş-uçuş zolağından çıxıb.
Bildirilib ki, hadisə nəticəsində pilot həyatını itirib, xeyli sərnişin isə xəsarət alıb.
Təyyarənin iki hissəyə bölündüyü bildirilir.
***
Qəza nəticəsində 14 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.
Yaralılardan 15-nin vəziyyəti ağırdır.
***
Rəsmi orqanların məlumatına görə, qəzada ölənlərin sayı 20 nəfərə çatıb.