“Caliber” “Youtube” kanalı gecə saatlarında Tərtərdəki son vəziyyətlə bağlı video paylaşıb.
Videoda danışan jurnalist Heydər Mirzə hazırda Tərtərdə sakitlik hökm sürdüyünü, artilleriya səslərinin eşidilmədiyini bildirib.
O qeyd edib ki, bu gün ərzində Tərtərdə çoxlu sayda partlamış və partlamamış mərmilər görüb.
H.Mirzənin sözlərinə görə, son vaxtlar düşmən daha çox Tərtərin cənub hissəsini atəşə tutur.