Tərtərdə “And yerimiz şəhidlər” kitabının təqdimatı olub

0
258

Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “And yerimiz şəhidlər” adlı layihə çərçivəsində nəşr edilən eyni adlı kitabın təqdimatı keçirilib. Təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Damət Salmanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Füzuli Kərimov, içtimai birliyin Qarabağ nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və KİV-in nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, 30 il işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə 44 gün ərzində azad edilməsindən, Zəfər gününün tarixə qızıl həriflərlə yazılmasınmdan, Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna dəymiş ziyandan, tərtərli hərbi və mülki şəhidlərdən, qazilərdən danışıb. “And yerimiz şəhidlər” kitabında Tərtər rayonundan olan şəhidlərə ayrıca bölmə ayrıldığı üçün kitabın yaradıcı heyətinə öz minnətdarlığını bildirib.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev “And yerimiz şəhidlər” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda Tərtər, Bərdə və Bakının Nizami rayonundan olan şəhidlər haqqında məlumat verilib.
Sonra şair, puplisist Damət Salmanoğlu Azərbaycanın müstəqilliyinə həsr etdiyi şeiri oxuyub.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Sayman Aruz Vətən müharibəsi şəhidlərinin döyüşlərdə göstərdiyi şücaətdən danışıb, şəhidlərin gənclərimizə tanıdılması üçün mütəmadi tədbirlərin keçirilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edib.
Tədbirdə iştirak edən şəhid valideynləri Gülnarə Salahova, Afidə Məmmədova, Qətibə Hacıyeva, Bəhruz Qənbərli, Zahid Məmmədov və qazilər Amid Paşayev, Təhmuraz Muradov, Orxan Həsənzadə, Sadiq Abbaslı onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçılarına “And yerimiz şəhidlər” kitabı paylanıb.