Fransanın ən böyük banklarından biri olan “Natixis” təqaüdçülərin həyatı üçün dünyanın ən yaxşı ölkələrini təyin edən araşdırmanın nəticələrini açıqlayıb.
Siyahıda ilk yer İslandiyanındır. İsveçrə və Norveç ilk üçlüyə daxil edilib. ABŞ 18-ci yerdə qərarlaşıb.
Reytinqi 44-cü yerlə Rusiya bağlayıb.
Məlumata görə, siyahı tərtib edilərkən vətəndaşların maddi təminat və rifah səviyyəsi nəzərə alınıb.
Mütəxəssislər pensionerlərin rifahlı həyatının cari ildə ciddi təhlükə altında olduğunu vurğulayıblar. Onlar bunun səbəbini iqtisadi böhranı tətikləyən COVID-19 pandemiyası ilə əlaqələndiriblər.