“Təmiz Şəhər” İnvestisiya Holdinqinin idarəetməsinə verildi – SƏRƏNCAM

0
270

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilir.

Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:

Müşahidə Şurasının sədri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri

Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.