Tələbə qəbulu ilə bağlı xidmət haqları məlum olub.
Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilib:
Xidmətlərin adı |
Ölçü vahidi |
Tarif* (ƏDV-siz, manat) |
Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı |
1 iştirak üçün |
40 |
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı |
1 iştirak üçün |
30 |
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı |
1 iştirak üçün |
10 |
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahan |
1 iştirak üçün |
10 |
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı |
1 iştirak üçün |
10 |