Təkərli arabaya düşüncə gücüylə nəzarət etmək mümkün olacaq

0
454

Beyin-maşın interfeysləri (BMI) istiqamətində araşdırmalar bir çox şirkət tərəfindən aparılır. Yeni nəşr olunan bir məqalə ilə araşdırmaçıların məqsədi, fiziki maneəli insanlara beyin-maşın interfeysi istifadə edən bir təkərli araba yaratmaq olduğu açıqlandı.

Nature Machine Intelligence jurnalında nəşr olunan yeni bir məqalə ilə əlillərin, BMI (beyin-maşın interfeysi) texnologiyaları ilə təkərli arabaya nəzarət etməsini təmin edəcək bir ixtiranın təfərrüatları açıqlandı.

Bu an mövcud olan BMI sistemləri, elektroensefaloqraf(EEG) adı verilən böyük bir sistemin istifadə edilməsini tələb edir. Ənənəvi olaraq EEG siqnalları, başın hamısını örtən başlıqlar istifadə edilərək ölçülür. Yeni ixtirada araşdırmaçılar, bu texnologiyanı daha da kiçiltmək və gündəlik işlərdə asanlıqla istifadə edilə biləcək hala gətirməyə çalışırlar.

Corciya Texnologiya Universiteti, Kent Universiteti və Uiçita Dövlət Universitetindən bir qrup araşdırmaçı, bədənə taxıldığında gözə dəyməyən bir EEG sistemi yaratmaq üzrə ixtiraya imza atdı. Bu sistem tərəfindən əldə edilən məlumatlar işlənir və 15 metr məsafəyə qədər işləyən bluetooth vasitəsilə bir kompyuterə göndərilir.

Araşdırmaçılar tərəfindən verilən şərhdə bu barədə belə deyilir: “Bu iş, çox müxtəlif cihazlar, ağıllı ev sistemləri və neyro-oyun interfeysləri üçün erqonomik, daşına bilən bir EEG sistemi hazırlamaq üçün yeni üsulları göstərir. Bu işdə ortaya çıxarılan əsl yenilik, tam inteqrasiya edilən bir yüksək məhsuldar EEG izləmə sistemləri və dövrələri yaratmaqdır”.