Təhsil şöbəsindən yayılan görüntülərlə bağlı AÇIQLAMA – VİDEO

0
334

Samux Rayon Təhsil Şöbəsi rayonun Çobanabdallı kəndindəki məktəbdə dərslərin keçirilməməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

Şöbədən bildirilib ki, Çobanabdallı kəndində 624 yerlik təzə məktəbin istifadəyə verilməsinə baxmayaraq, məktəbəqədər hazırlıq qrupunda yerin olmaması ilə bağlı yayılan videomaterialda qeyd olunan iddialar əsassızdır:

“Videoda səsləndirilən iddia əsassızdır. Məktəbdə iki məktəbəqədər hazırlıq qrupu var”.

Qeyd edək ki, Samux rayonunun Çobanabdallı kəndində 624 yerlik təzə məktəbin istifadəyə verilməsinə baxmayaraq, məktəbəqədər hazırlıq qrupunda yerin olmaması və şagirdlərin məktəbin dəhlizində gözləməsi barədə videogörüntü yayımlamışdı.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/49606/