Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə təklif ünvanlayıb.
Bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, nazirlik ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir:
““Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:
• Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;
• Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;
• Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;
• Böyük həcmli materialların yerləşdirilməsi;
• Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;
• Qiymətləndirmənin aparılması alətlərində istifadə;
• Qrup işinin təşkili”.
Onun sözlərinə görə, “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.