Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

0
353

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Məlumata görə, səkkiz şagird və iki işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 20 şagird və altı işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə yeddidir. Bundan başqa, daha bir məktəb də distant təhsilə keçib.

Qeyd edək ki, indiyə qədər ölkə üzrə iki məktəb, 36 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.