Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA

0
462

“Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırmalarla məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb:

“Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunacaq”.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri, rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir.