Təhsil nazirindən əyani tədrisin yenidən bərpası ilə bağlı PAYLAŞIM

0
340

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda ibtidai siniflərdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinin bərpa olunması ilə bağlı danışıb.

“Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür. Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərlə rastlaşmısınız. Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər”, – deyə nazir qeyd edib.