Təhsil naziri müəllimlərin “WhatsApp”da dərs keçməsindən danışdı

0
442

“Bu gün ölkədə şagirdlərin distant təhsildən istifadə coğrafiyası dəfələrlə genişlənib”.Bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu nəticə istənilən səviyyədə olmasa da, ona doğru gedilir:

“Bu, çətindir. Amma irəliyə doğru atdığımız addım arzuladığımız yerə çatdırır. Distant təhsil heç bir təhsil olmamasından faydalıdır. Distant təhsil təcrübəsi əsasında müəllimlərdə də təcrübə formalaşır”.

E.Əmrullayev qeyd edib ki, heç bir öyrənməmənin baş verməməsi müqabilində müəllimin “WhatsApp”, ya ənənəvi olmayan yollarla şagirdlərinə nəsə öyrətməsi təqdirəlayiqdir.