Təhsil naziri məktəbli formalarından danışdı – Canlı yayım

0
532

Təhsil naziri məktəbli formalarından danışdıYeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında ənənəvi mətbuat konfransı keçirilmişdir.

Bu dəfə qonaq Təhsil naziri Ceyhun Bayramov olmuşdur. Nazir dərslik və məzmun məsələsinə toxunub: “Təhsildə dərslik məsələsi ilə bağlı da ciddi işlər görülüb. Artıq bir sıra dərsliklər hazırlanıb. Yeni dərsliklərin ilkin olaraq ibtidai siniflərə verilməsi nəzərdə tutulur. Tutumu daha böyük olan ana dili və riyaziyyat dərslikləri 2 hissədən ibarətdir”.

Dərsliklərin istifadə reqlamenti ümumi olaraq 4 ildir və hazırda bununla bağlı iş gedir. Düşünürük ki, dərsliklərin sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla daha qısa istifadə olunması ilə bağlı qərar qəbul oluna bilər.

C. Bayramov məktəbli forması ilə bağlı məsələni də izah edib: “Vahid formanın olması bundan öncə də qanunvericilikdə əks olunub. Ancaq məktəbli formasının hansı olması ilə bağlı qərar məktəb rəhbərliyi tərəfindən təyin olunurdu. Səmimi etiraf edək ki, hər məktəbin müxtəlif forma tərtib etməsi qarışıqlıq yaradır. Odur ki, bir neçə dizaynda standartlara cavab verən formalar təklif olunacaq və onların daha uyğun, keyfiyyətli olması gözlənilir. Ancaq bu, o demək deyil ki, respublika ərazisində vahid bir forma olacaq”.