“Ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, digər məktəblər odun yanacağı və sair vasitələrlə qızdırılır:
“Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Noyabrın 15-də 67 məktəbdə istiliklə bağlı problem vardısa, bu rəqəm indi 20-ə qədər endirilib. Bu proses davam edir. Hər hansı bir məktəbdə qəza ola bilər. Səbəblər müxtəlifdir. Hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir”.
O qeyd edib ki, ötən il tədris fasilələrlə davam etdiyi üçün hər bir dövr istilik sistemində problem yaradırdı:
“İstilik sisteminin söndürülüb, yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır”.