Təhlükəsiz kosmetika: Dəriyə ən az zərər vuran vasitələr bunlardır

0
100

Perm Milli Tədqiqat Politexnik Universitetinin kimyaçıları müntəzəm istifadə zamanı dəriyə ən az zərər vuran kosmetik məhsulların tərkibini müəyyən ediblər.

Bu barədə “Gazeta.ru” yazıb.

Mütəxəssislər qeyd edib ki, son onilliklərdə insanın dəri növünün müəyyənləşdirilməsinə yanaşma xeyli dəqiqləşib və bu növlərin sayı dörddən on altıya qədər artıb.

Fərqli dəri tiplərinə qulluq üçün fərdi xüsusiyyətlərə baxmayaraq, ən zərif təmizləyici məhsullar sırasına izetiyonatlar, qlükozidlər, sarkosinatlar, betainlər daxildir.

Alimlər yüksək pH səviyyəsinə görə üzünüzü bədən sabunu ilə yumamağı tövsiyə edirlər. Bu tövsiyələrə əməl etmək dərinin sürətlənmiş qocalmasının və yaşa bağlı piqmentasiyanın görünüşünün qarşısını almağa kömək edəcək.