Təhlükəli onkoloji xəstəliyin əsas simptomu açıqlandı

0
512

Bağırsaq xərçəngi üçün əsas risk faktorunun yaşlılıq olduğu düşünülür. Ancaq son illərdə düz və qalın bağırsaq xərçəngi də daxil olmaqla bu tip onkoloji xəstəlik 50 yaşdan kiçik insanlarda doqquz faiz artıb.

Bağırsağın işləməsi ilə bağlı problemlər yaranarsa, həkim xəstənin yaşından asılı olmayaraq gizli qanın təyini testi və kolonoskopiya təyin edə bilər.

Həmçinin bədəndəki dəmir səviyyəsini qiymətləndirmək üçün qanın ümumi analizi də götürülür. Dəmir səviyyəsinin aşağı olması bağırsaq xərçəngini göstərə biləcək həyəcanverici simptomlardan biridir.

Bundan başqa, artıq çəki, çox miqdarda işlənmiş qida qəbulu, alkoqol, aşağı fiziki aktivlik və genetik meyllilik bağırsaq xərçənginə tutulma riskini artıra bilər.

O da vurğulanır ki, bağırsaq xərçəngi qadınlara nisbətən kişilərdə daha çox görülür.