Bu gün Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə ucalan Şəhidimiz Qasımov Təbriz Ramiz oğlunun anım günüdür.
16 fevral 1993-cü ildə Qəbələ rayonu Yemişanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində birinci sinfə getmiş, 2008-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisasına üzrə təhsilini davam etdirmişdir. 2012-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. 2013-cü ildə hərbi hissədən tərxis olunduqdan müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıtmışdır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak etmiş, Xocavənd və Füzuli uğrunda gedən hərbi əməliyyatlarda döyüşmüşdür. 5 noyabrda Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olmuşdur.
Allah rəhmət eləsin.
Təranə Alməmmədova
” Xarıbülbül Ədəbi Məclisi”nin, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri




