TƏBİB sədrinin səlahiyyətlərini kim icra edir?

0
373

Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazdığı barədə paylaşım edib. Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Hazırda hər kəsi maraqlandıran məsələ ölkənin ən önəmli qurumlarından biri olan TƏBİB daxilində nə baş verməsidir.

Ramin Bayramlının öz istəyi ilə işdən azad edilməsi üçün yazdığı ərizə rəsmən təsdiq edilibmi?

Bu proseslər müvafiq qaydada yekunlaşana qədər hazırda TƏBİB-də Ramin Bayramlının vəzifəsinin icrası kimə həvalə olunub?

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gün ərzində bu və digər suallara rəsmi cavab veriləcək.