TƏBİB rəsmisi: “Vəfat edənlərin içərisində 99 faiz peyvənd vurdurmayanlardır”

0
416

“Mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiya düşənlərin 96 faizi peyvənd olunmayanlardır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, süni tənəffüs aparatına qoşulanların isə 97 faizi vaksinasiya olunmayanlardır:

“Vəfat edənlərin içərisində 99 faiz peyvənd vurdurmayanlardır. Vaksin olunan şəxslərdən 0,6 faizi hosbitalizasiya olunub”.