TƏBİB: “Koronavirusdan sağalmış şəxsin test olunması tələb edilməməlidir”

0
694
A medical biologist, wearing a protective suit, holds a nose swab during testing at a drive-through testing site for coronavirus disease (COVID-19) in a parking lot in front of a laboratory in Neuilly-sur-Seine near Paris, France, March 24, 2020. REUTERS/Benoit Tessier

“Əgər koronavirus xəstəsi klinik olaraq sağalıbsa, onun test olunması tələb olunmur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, xarici təcrübədə də kliniki göstəriciləri olmayan insanın yoluxdurucu olduğu qeyd edilmir:

“Xəstəliyi keçirən insan 21 günlük inkubasiya dövrünü bitiribsə, onun yenidən test olunmasına ehtiyac yoxdur. Tibbi olaraq bunun əsası yoxdur. Həmin insan ailə daxilində də heç bir fərdi yoluxdura bilməz. Həmin şəxslər işə çıxarkən onlardan test tələb olunması düzgün deyil”.