Syerra-Leonedə yüzdən çox insanın ölümünə səbəb olan qəzanın görüntüləri – YENİLƏNİB

0
371

Syerra-Leonenin paytaxtı Fritaunda yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 100-ü ötüb.

Bu barədə şəhər polisi məlumat yayıb.

Paytaxt morqundan bildirilib ki, indiyədək oraya 95 meyit gətirilib.

Bundan əlavə, ölkənin səhiyyə nazirinin müavini daha əvvəl insident nəticəsində 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Qeyd edək ki, partlayış səhər saatlarında yanacaq daşıyan yük maşını qəzaya uğradıqdan sonra baş verib. Onun ətrafına toplaşan insanlar ətrafa tökülən yanacağı yığmağa çalışıblar. Bu zaman yanacaq alovlanıb və partlayış baş verib.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.

Syerra-Leonedə yanacaq daşıyan sisternin yük maşını ilə toqquşması nəticəsində partlayış baş verib.

100-dən çox adamın həlak olduğu təxmin edilir.

“Vellinqtonda Bay Bureh yolunda (yaşayış sahəsi – red.) yanacaq daşıyan yük maşınının başqa bir yük maşını ilə toqquşması nəticəsində baş verən partlayış xəbəri məni kədərləndirdi… 100-dən çox insanın öldüyü barədə xəbərlər yayılıb. Dəyən maddi ziyanın miqdarı naməlumdur”, – deyə paytaxt Fritaunun meri İvon Aki-Savier “Facebook” səhifəsində yazıb.