Sxiphol hava limanında pilot səhvən həyəcan düyməsini basıb – VİDEO – FOTO

0
413

Niderlandın Sxiphol hava limanında təyyarənin pilotu səhvən həyəcan düyməsini basıb.

Bunu “Twitter”də təyyarənin məxsus olduğu “Air Europa” aviaşirkəti xəbər verib.

Aviaşirkətin məlumatında deyilir: “Amsterdam və Madrid arasında uçuş edən təyyarənin göyərtəsində hava limanında qaçırma hadisəsi ilə əlaqədar protokol üzrə əməliyyatı işə salan həyəcan düyməsi səhvən basılıb. Heç bir şey baş verməyib, bütün sərnişinlər yola düşmələrini gözləyirlər. Baş verənlərdən təəssüflənirik.”

Niderlandın Sxiphol hava limanında fövqəladə vəziyyət elan edilib.

Bu barədə hava limanının qorunması üzrə hərbi polis məlumat verib.

Bunun səbəbi hələki bilinmir. Hərbi polisin sözlərinə görə, söhbət “təyyarələrdən birinin göyərtəsində şübhəli vəziyyətdən” gedir.

Hadisə yerinə bir neçə yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.