Şuşaya alternativ mənbədən içməli su çəkilir – RƏSMİ

0
276

Şuşa şəhərinə ikinci (alternativ) mənbədən içməli su kəməri çəkilir.

Bunu açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

“Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.