
Moderator.az Şuşanın alınması sevinci xəbərini bölüşmək üçün əslən Şuşalı olan Xalq artisti Flora Kərimovaya zəng edib.
Sənətkarın köməkçisi Flora xanımın hal-hazırda səhhətinin pisləşdiyini bildirib. Buna səbəb kimi isə Flora xanımın sevindiyini bildirib:
“Flora xanım bu xəbəri hər zaman gözləyib. İndi onun səhhəti yaxşı deyil, təbii ki, sevindiyindən..Onu az öncə zəng edib verilişlərə dəvət etdilər, heç bilmirəm gedə biləcək ya yox?” deyə bildirib.