Şuşadakı beynəlxalq şahmat turnirinin loqotipi təqdim olunub – FOTO

0
218

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin loqosu təqdim olunub.

rəsmi loqotip müxtəlif tarixi-mədəni elementlərdən ilhamlanaraq ərsəyə gətirilib. İntellektual idman yarışının əsas vizual təsvirini təşkil edən loqotipdə Şuşa Qalası, Qarabağ atı və şahmat fiquru kimi topun elementlərinin kombinasiyası yaradılıb. Burada Şuşa Qalasının üzərindəki yazıya uyğunlaşdırılan şriftdən istifadə olunub.

Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21 – 24 sentyabrda keçiriləcək.