Şuşada Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib

0
157

Şuşada 8 Noyabr – Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

Şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyət yürüş edib.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Yürüşlər aşağıdakı marşrutlar üzrə baş tutub.

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;

– Şəhidlər xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər xiyabanı.