“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin SİYAHISI
Sıra №-si | Sahibkarlıq fəaliyyəti növlərinin təsnifatı (AZT029-2008) | Təsnifat kodu |
1 | 2 | 3 |
Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi (01492 – barama qurdunun yetişdirilməsi və barama istehsalı; 01491 – arı balının və arı mumunun istehsalı; 01611– bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla) | 01 | |
Daş kömür və liqnit hasilatı | 05 | |
Xam neft və təbii qaz hasilatı | 06 | |
Metal filizlərin hasilatı | 07 | |
Mədənçıxarma sənayesinin digər sahələri | 08 | |
İçki istehsalı (1107 – mineral sular və digər suların butulkalarda istehsalı; alkoqolsuz içkilərin istehsalı istisna olmaqla) | 11 | |
Tütün məmulatlarının istehsalı | 12 | |
Dərinin aşılanması, rənglənməsi və hazırlanması | 1511 | |
Kağız və karton istehsalı (1721 – büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı; 1722 – təsərrüfat-məişət və sanitariya-gigiyena təyinatlı kağız məmulatlarının istehsalı; 1723 – dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla) | 17 | |
1 | 2 | 3 |
Koks və təmizlənmiş neft məhsullarının istehsalı | 19 | |
Kimya sənayesi (20420 – ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla) | 20 | |
Rezin və plastmas məmulatların istehsalı (22193 – müxtəlif növ möhürlərin və ştampların hazırlanması; plastik qapı-pəncərə istehsalı istisna olmaqla) | 22 | |
Digər qeyri-metal mineral məhsulların istehsalı (misgərlik fəaliyyəti qalayçılıq fəaliyyəti; yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı; saxsı məmulatların istehsalı istisna olmaqla) | 23 | |
Metallurgiya sənayesi | 24 | |
Elektrik avadanlıqlarının istehsalı | 27 | |
Maşın və avadanlıqların istehsalı | 28 | |
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı | 29 | |
Sair nəqliyyat vasitələrinin istehsalı | 30 | |
Qazın istehsalı | 35210 | |
Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi | 3821 | |
Təhlükəli tullantıların emalı və ləğv edilməsi | 3822 | |
Digər tullantıların yığılması və məhv edilməsi (zibilin və tullantıların yığılması və daşınması; ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması; küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması; qar və buzdan təmizlənmə istisna olmaqla) | 39 | |
Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması | 43112 | |
Kəşfiyyat qazıntısı | 43130 | |
1 | 2 | 3 |
Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı | 46210 | |
Diri heyvanların topdan satışı | 46230 | |
Dəri və gönün topdan satışı | 46240 | |
Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı | 46610 | |
Dəzgahların topdan satışı | 46620 | |
Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı | 46630 | |
Yanacağın topdan satışı | 4671 | |
Metal və metal filizinin topdan satışı | 4672 | |
Meşə materiallarının, tikinti materiallarının və sanitar- texniki avadanlıqların topdan satışı | 46730 | |
Gübrə və aqrokimyəvi məhsulların topdan satışı | 46752 | |
Tullantıların və qırıntıların topdan satışı | 46770 |