
Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış feysbukda bildirib.
6 palatadan ibarət xəstəxana təcili yardım, labaratoriya, reanimasiya və cərrahiyə xidmətləri göstərəcək.
Qeyd edək ki, bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.


