Şuşada abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edildi

0
191

Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasının təmin olunması məqsədilə hazırlanıb.

Bu Qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.